[b]“Beşiktaş”ın təyyarəsi Kayseriyə enə bilmədi[/b]
26.01.2017 - 12:00
[b]“Beşiktaş”ın təyyarəsi Kayseriyə enə bilmədi[/b]

Türkiyə kubokunda “Kayserispor”la qarşılaşacaq “Beşiktaş” problemlə üzləşib. Apasport.az saytı bu ölkənin mətbuatına istinadən xəbər verir ki, “ağ-qaralar”ı aparan təyyarə Kayseriyə eniş edə bilməyib.

 

Buna güclü yağan qar səbəb olub. Hazırda havada olan təyyarə məcburən Adananın yolunu tutub. “Hava gəmisi” adıçəkilən şəhərə eniş edəcək. Komanda Adanadan Kayseriyə avtobusla yollanacaq.  

 

Qeyd edək ki, bu gün keçiriləcək “Kayserispor” – “Beşiktaş” matçı Bakı vaxtı ilə 19:00-da start götürəcək.