“Polşalılar üçün avrokuboklarda Azərbaycan klubları ilə qarşılaşmaq arzuolunmaz haldı”. Apasport.az saytının məlumatına görə, bunu Polşa millisinin sabiq futbolçusu Voytseh Kovalçik təsdiqləyib.
Ölkə çempionatının son iki turu ərəfəsində komandaların şanslarını dəyərləndirən veteran “Legiya”nı çempionluğa əsas namizəd sayır. Ekspert kimi çıxış edən Kovalçik şanslarını aşağı saydığı “Yagelloniya”nın Azərbaycan səfərinin mümkünlüyünü qeyd edib.
O bildirib ki, qitə kuboklarına düşəcək üç komanda arasında düşsə, Belostok təmsilçisini çətin anlar gözləyə bilər: “Yagelloniya” istədiyi oyunu nümayiş etdirməyə başlayıb. Mövsümün əvvəlində heç kim belə nəticə gözləmirdi. Futbolçular buna görə baş məşqçiyə minnətdar olmalıdı. Əgər bəxtləri gətirsə, avrokuboklara çıxacaqlar. Onda da Azərbaycana gedəcəklər. “Yagelloniya” səfərin dadını çıxaracaq, mövsümə də əzab-əziyyətlə başlayacaq”.
Qeyd edək ki, Polşa çempionatının sonuna iki tur qalmış “Legiya”nın 40 xalı var. “Yagelloniya”, “Lex” və “Lexiya” liderdən 2 xal geri qalır.
- “Barselona”da “Qalatasaray”la oyun öncəsi ciddi itkilər – 4 futbolçu heyətdən kənarda
- “Feyenoord”un sabiq futbolçusu vəfat edib
- Haaland PSJ-nin iki futbolçusunu fərqləndirdi – “Onları izləmək heyranedicidir”
- Ronaldodan Mbappeyə məsləhət: “Madriddə olsaydım, ona öyrədərdim”
- Günün oyunları bu kanallarda - TV AFİŞA