“Birlik kuboku”nun bərpa olunması məsələsi həqiqətən də gündəmdədi. Bu yaxınlarda ideyanı UEFA-nın prezidenti Aleksandr Çeferinlə də müzakirə etdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya Federasiyasının baş nazirinin müavini və Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko deyib.
Bir neçə gün əvvəl “Birlik kuboku”nun bərpası haqda açıqlaması ilə diqqət çəkən futbol funksioneri ideyanın təfərrüatlarına da aydınlıq gətirib: “Hazırda hadisələrin inkişafının bir neçə variantı var. Biz MDB ölkələrinin top-klublarının iştirakı ilə formata qayıtmaq, manejlərdən təbii meydanlara keçmək istəyirik. Turnirin tarixən yanvarda keçirildiyini nəzərə alsaq, yarış cənuba üz tutmalıdı. Mümkündü ki, yarışın yeni məkanı Soçidəki “Fişt” stadionu olsun”.
Azərbaycandan, AFFA-dan turnirin bərpası ilə bağlı təklif aldıqlarını açıqlayan Mutko turnirin ölkəmizdə keçirilmə variantına da toxunub: “Həmçinin, turnirin Azərbaycanda keçirilməsi variantı da var. AFFA-dan olan həmkarlarımızın həm kommersiya, həm təşkilatı baxımdan çox maraqlı təklifi var. Futbola və idmana maraq hazırda Azərbaycanda çox yüksək səviyyədədi”.
Qeyd edək ki, “Birlik kuboku” 1993-2011-ci illərdə MDB və Baltikyanı ölkələrin çempionları arasında keçirilib. Azərbaycan klubları 3 dəfə “Birlik kuboku”nun qalibi adını qazanıb. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə isə “İnter” yarışda birinci olub. 2012-2015-ci illərdə isə turnirdə U-21 yığmaları mübarizə aparıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı