[b]“Birlik kuboku” turniri bərpa olunur?[/b]
23.01.2017 - 12:08
[b]“Birlik kuboku” turniri bərpa olunur?[/b]

“Birlik kuboku” turniri bərpa oluna bilər. Apasport.az saytı xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko məlumat verib.

 

Mutko “Birlik kuboku” tamamilə ləğv olunub, yoxsa yaşamaq şansı var” sualını belə cavablandırıb: “UEFA-nın yeni prezidenti Aleksandr Çeferinlə görüşümüzdə bu məsələni də müzakirə etdik. Əgər klubları yarışa qaytarmaq istəyiriksə, bunu necə edəcəyimizi düşünməliyik. Məkan kimi Soçini seçmək olar. Azərbaycanlı həmkarlarımızın bununla bağlı yaxşı təklifi var. Mükafat fondunu artırmalıyıq. Turnirin gənclər yığmalarının iştirakı ilə keçirilməsi uğursuz variant oldu. Yarış çox maraqlı keçməlidi ki, azarkeşlər ona diqqət göstərsinlər”.

 

Əsası 1993-cü ildə qoyulan turnir 2011-ci ilə qədər MDB və Baltikyanı ölkələrin çempionlarının iştirakı ilə keçirilib. 2012-ci ildən etibarən isə yarışda gənclər yığmaları mübarizə aparmağa başlayıb.

 

Ötən il iyulun 23-də Vitali Mutko yarışın ləğv olunduğunu bəyan etmişdi.

 

Qeyd edək ki, Azərbaycan klubları 3 dəfə “Birlik kuboku”nun qalibi adını qazanıb. 2006-cı ildə “Neftçi”, 2008-ci ildə “Xəzər Lənkəran”, 2011-ci ildə isə “İnter” yarışda birinci olub.