[b]“Biz də Almaniyada 3:1 hesabı ilə qələbə qazanacağıq” – Toni Adams[/b]
23.10.2015 - 14:06
[b]“Biz də Almaniyada 3:1 hesabı ilə qələbə qazanacağıq” – Toni Adams[/b]

“Şanslarımız oldu, özü də çox. Xüsusilə, matçın əvvəllərində bu cür fürsətləri qaçırmağımız adamı təəssüfləndirməyə bilməz. Həmin epizodlar oyunun axarını dəyişdirmək baxımından bizim üçün böyük şans idi”. Bunu apasport.az saytına “Qəbələ”nin futbol direktoru Toni Adams deyib.

 

Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qəbələ”nin Dortmund “Borussiya”sı ilə dünən Bakıda keçirdiyi (1:3) qarşılaşmanı dəyərləndirən ingiltərəli mütəxəssis komandanın məğlubiyyətini hücum xəttindəki “dişsizliklə” əlaqələndirib: “Borussiya”nın heyətində keyfiyyətli futbolçuların çox olması nəticədə əksini tapdı. Ancaq mübarizə apardıq. Erkən qollar vursaydıq, hər şey fərqli ola bilərdi. Çünki həmin vaxt rəqib özü də çaş-baş qalmışdı. Bəlkə də, “Qəbələ”dən bu cür oyun gözləmirdilər”.

 

Adamsın sözlərinə görə, “Qəbələ” bu görüşdə şanslarını matçın əvvəlində qaçırıb: “Dortmund təmsilçisinin necə oynadığını hamı bilir. Top-klubdu. Bu komanda qrupun favoriti hesab edilir. Azarkeşləri də komandalarını dəstəklədilər. Almanlar ilk dəqiqələrdən açıq futbol təklif etdilər. Böyük komandaların üstünlüyü də budu. Onlar müdafiəyə qapanmırlar. Buna görə də, 90 dəqiqə ərzində 4 qoldan başqa, çoxsaylı epizodlar da izlədik. Stadionu dolduran azarkeşlərin görüşdən zövq aldıqlarını düşünürəm”.

 

Əfsanəvi futbolçu iki həftə sonra bu komandalar arasında Dortmundda keçiriləcək qarşılaşma ilə bağlı da fikirlərini bölüşüb: “Biz də orda onları 3:1 hesabı ilə məğlub edəcəyik (gülür). Çətin oyun olacaq. Amma şans hər zaman var”.

 

0