Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin “Bursaspor”a keçidi məsələsi Türkiyədə geniş müzakirə mövzusuna çevrilib. Apasport.az saytının məlumatına görə, “ağ-yaşıllar”ın azarkeşləri də klub rəhbərliyinin bu istəyinə biganə qalmayıblar.
Xorvatiyalı mütəxəssisin Bursa klubunun “sükanı arxası”na gedişi baş tutmasa da, azarkeşlər danışıqların aparıldığı müddətdə sosial şəbəkələrdə fikirlərini çatdırıblar. Bursalıların çox az qismi Prosineçki ilə anlaşmağın tərəfdarı idi. Ancaq əksəriyyət onu “Bursaspor”un baş məşqçisi postunda görmək istəmir.
“Bursaspor” azarkeşlərinin bir neçəsinin “twitter” səhifəsində Prosineçki ilə bağlı paylaşdığı fikirləri təqdim edirik...
- Koray Gök: “Bursaspor” Prosineçki ilə anlaşarsa, Superliqada “Qalatasaray”dan daha yaxşı məşqçiyə sahib olan komanda sayı 17-yə yüksələcək.
- Recep Şengezen: Prosineçki nə verər bilmirəm, amma ümid verdiyi dəqiqdi. Daha da önəmlisi, azarkeşləri ümumi mənada birləşdirdi.
- Nquemo: Karlo Vraqoviçin Prosineçkini razı salmaq ehtimalı Yüksəl Çolak və Ali Aydan daha çoxdu.
- Hasan: Biz Dəniz Yılmazı verdik, siz Prosineçkini vermirsiniz... Bir az ayıb olmur, qardaş?
- Frasineanu: Prosineçki Yüksəl Çolakla üz-üzə gələndə transferdən imtina edə bilər.
- Turqay Espit: Tək ümidimiz Prosineçkinin qarşısında “Bursaspor”un təmsilçisi kimi odunu gördükdə “bu iş olmaz” hissi keçirməsidi.
- Melihcan Uslu: İnşallah, Prosineçki Azərbaycan millisini atıb gəlməz. Özünüzə gəlin, bura başqa komandalarda uğursuz olanların yeridimi?
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı