[b]“Bizi asan oyun gözləmir” – Məhəmməd Mirzəbəyov[/b]
10.10.2016 - 22:23
[b]“Bizi asan oyun gözləmir” – Məhəmməd Mirzəbəyov[/b]

“Bizi asan oyun gözləmir. Hər birimiz yaxşı başa düşürük ki, Çexiya güclü komandadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının futbolçusu Məhəmməd Mirzəbəyov deyib.

 

DÇ-2018-in seçmə mərhələsində ilk 2 oyundan sonra aktivində 6 xal olan millimiz növbəti görüşünü sabah Çexiyaya qarşı keçirəcək.

 

Millimizin oyunöncəsi mətbuat konfransında iştirak edən Mirzəbəyov sabahkı matçla bağlı bu fikirləri səsləndirib: “Çexiya həmişə güclü olub. Almaniyaya uduzsalar da, onları çətin rəqib sayırıq. Amma hər şey mümkündü. Yaxşı nəticəyə imza atmaq üçün əlimizdən gələni edəcəyik”.

 

- Sabah qələbə qazansanız, qrupdakı liderliyi təmin edəcəyini demək olarmı?

- Təbii ki, qələbə bizdə özünəinam hissini bir qədər də artırar. Üstəlik, bu nəticəyə Çexiya ilə görüşdə imza atırsansa, motivasiya daha yüksək olur. Burdan qələbə ilə qayıtmaq bizim üçün əla olardı.

0