“Püşkün nəticələrindən razı qaldım. Azərbaycan, Kosovo, İrlandiya, Norveç və İsraillə birgə yer aldığımız bu qrupdan İtaliyadakı final mərhələsinə vəsiqə əldə edə bilərik”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Almaniya millisinin baş məşqçisi Ştefan Kunts deyib.
AVRO-2019-un seçmə mərhələsinin bu gün keçirilən püşkatmasını dəyərləndirən Bundestimin çalışdırıcısı Azərbaycan yığmasının da yer aldığı qrupdan razı qalıb. O, fərqli ölkələrə səfərlərdən də məmnundu: “Burada bizi maraqlı səfərlər gözləyir. Almaniyanın İsrailə qarşı matçları şübhəsiz ki, həm idman, həm siyasət baxımından tarixi yada salacaq. Amma biz bunu deyil, qarşıdakı final mərhələsini düşünürük. Polşadakı matçlara köklənmişik”.
Qeyd edək ki, seçmə mərhələyə martda start veriləcək.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı