[b]“Boavişta”ya nə Kamran, nə də Emin kömək etdi[/b]
27.11.2016 - 00:12
[b]“Boavişta”ya nə Kamran, nə də Emin kömək etdi[/b]

Portuqaliya Premyer Liqasında XI tur davam edir. Apasport.az saytının məlumatına görə, milli komandamızın üzvləri Kamran Ağayev və Emin Mahmudovun çıxış etdiyi “Boavişta” da növbəti oyununa çıxıb.

 

“Damalılar” öz meydanında “Sportinq”lə qarşılaşıb. Sözügedən komanda turnir cədvəlində ilk üçlükdə qərarlaşmış rəqibinə 0:1 hesabı ilə uduzub. Yeganə qolu 25-ci dəqiqədə Bas Dost vurub.

 

Yığmamızın qapıçısının start heyətində başladığı və 90 dəqiqə meydanda olduğu qarşılaşmada Emin Mahmudov da komandasının heyətində debüt edib. O, 75-ci dəqiqədə Karrakanı əvəzləyib.

 

Qeyd edək ki, 11 oyundan sonra aktivində 13 xal olan “Boavişta” 13-cü pillədə qərarlaşıb.