[b]“Borussiya” Obameyanqa əvəzləyici tapdı[/b]
02.02.2017 - 09:47
“Borussiya” rəhbərliyi yayda komandadan ayrılacağı gözlənilən Pyer-Emerik Obameyanqa əvəzləyici axtarışına çıxıb. Apasport.az saytı Almaniya mətbuatına istinadən xəbər verir ki, Dortmund təmsilçisi diqqətini İspaniyaya yönəldib.
Belə ki, “Borussiya” “Atletik”in hücumçusu İnyaki Uilyamsla danışıqlara başlayıb. Uilyamsın bilbaolularla 2021-ci ilə qədər müqaviləsi var. Bu səbəbdən futbolçunun keçidini həll etmək üçün ilk növbədə, “Atletik” rəhbərliyi ilə razılığa gəlmək lazımdı.
Almanlar Uilyamsa görə qarşı tərəfə 50 milyon avro ödəməyə hazırdı.
0
0