[b]“Böyük oyun” hazırlıqları başladı[/b]
06.04.2016 - 20:59
[b]“Böyük oyun” hazırlıqları başladı[/b]

Topaz Premyer Liqasının XXIX turu çərçivəsində futbol ictimaiyyəti cari mövsümün son “Böyuk oyun”una şahidlik edəcək. Apasport.az saytının məlumatına görə, prinsipial oyuna hazırlıqlara start verən “Xəzər LƏnkəran” iki günlük fasilədən sonra bu gün Lənkərandakı bazasında toplaşlb.

 

Bu gün üçün nəzərdə tutulan iki məşqdən biri səhər saatlarında baş tutub. Yardımçı meydançada əsasən fiziki təmrinləri yerinə yetirən futbolçular daha sonra qapıya zərbələr üzərində çalışıb.

 

Cənubluların heyətində zədəli olduğu üçün son turda meydana çıxmayan Vaquf Güləliyev də sıraya qayıtdığından heç bir əskik yoxdur və Elbrus Məmmədovun komandası tam tərkibdə məşqlərini davam etdirir.

 

Xatırladaq ki, “Xəzər Lənkəran” – “Neftçi” oyunu aprel ayının 10-da Lənkəranda baş tutacaq və saat 16.30-da start götürəcək.

 

(klub saytı)