“Hər şey möhtəşəm idi. Bu cür qarşılanacağımı gözləmirdim”. Apasport.az saytı xəbər verir ki, bu sözlər “Marsel”in yeni transferi Dmitri Payeyə məxsusdu.
Qış “transfer pəncərəsi”ndə “Vest Hem”dən ayrılaraq, “Marsel”lə anlaşan yarımmüdafiəçi Fransa kubokunda “Lion”la matçda yeni komandasının heyətində debüt edib.
Azarkeşlər tərəfindən coşqu ilə qarşılaşması təcrübəli futbolçunu təəccübləndirib: “Fanatların mənə olan bu münasibətini həmişə yüksək qiymətləndirəcəyəm. “Marsel” heyətinə keyfiyyətli futbolçular qatdı. Komanda mütləq gücləndirilməli idi. Bu gün əmin olduq ki, “Lion”la rəqabət apara bilərik”.
Qeyd edək ki, “Marsel” – “Lion” matçı birincilərin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı
- Həftənin futbolçusu adına namizədlər BƏLLİ OLDU