Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda məğlub olan “Neftçi” səfər qələbəsi sayəsində mərhələ adlamağı bacardı. Oyunu ilə azarkeşləri məyus edən paytaxt təmsilçisinin müdafiəçi Jairo Rodriges matçdan sonra apasport.az saytınnın əməkdaşının da suallarını cavablandırıb.
- Oyunun bu ssenari üzrə keçəcəyini gözləyirdinizmi?
- Çətin oyun olacağınnı bilirdik. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Birinci hissəni daha yaxşı keçirdik. Amma fasilədən sonra müəyyən problemlər yarandı. Buna baxmayaraq, mərhələ adlamaq üçün lazımi nəticəni əldə edə bildik.
- “Neftçi”nin gücü elə bu qədərdi?
- Hansı komanda ilə qarşılaşacağımızdan asılı olmayaraq, yaxşı nəticə qazanmağa çalışırıq. Oyunumuzu davam etdirəcəyik. Mərhələ keçmək üçün lazım olanı etdik. Rəqibi də kiçiltmək olmaz. Malta təmsilçisi meydanda mübarizə apardı. Ümumi nəticədə duel bizim qələbə ilə yekunlaşdı.
- Amma oyununuzla azarkeşləri məyus etdiniz. Bəlkə arxayın idiniz qələbə qazanacağınıza?
- Vacib olan mərhələni adlamaq idi. Biz də bunu bacardıq. Növbəti oyunda bizi nəyin gözlədiyini bilmirik. İlk qələbə bizdə arxayınçılıq yaratmamışdı.
- Həm səfərdəki, həm də burdakı oyunun ikinci hissəsində üstünlüyü tamamilə rəqibə verdiniz. Problem var?
- Ola bilər, müəyyən qədər yorğunluq olsun. Ancaq bu əsas deyil. Əsas nəticədir ki, biz də ikinci mərhələyə yüksəldik.
- Bəs oyun planındakı çatışmazlıqlar sizi narahat etmir?
- Bu oyun başa çatdı. Hər kəsin öz fikri var. Mənim fikrimi bilmək istəyirsinizsə, biz pis oynamadıq və mərhələ adladıq.
- Növbəti oynda daha gücü rəqiblə qarşılaşacaqsınız. Bu oyunla onları uda biləcəksiniz?
- Hər oyunun öz gedişatı var. Bu gün belə oynadıq, o demək deyil ki, sabah da belə oynayacağıq. Hər matçda fərqli oynamağa, əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq.