Messi "Barselona"nın dəvətindən imtina edə bilər
12.07.2025 - 21:54
Messi "Barselona"nın dəvətindən imtina edə bilər

"Barselona" Lionel Messini gələn yay təmir edilmiş "Camp Nou"nun açılışına dəvət etmək istədiyi barədə şayiələr yayılıb.

Apasport.az xəbər verir ki, Leo belə bir təklif alarsa, bundan imtina edə bilər. 

Xatırladaq ki, 2021-ci ildə maliyyə problemlərinə görə Kataloniya klubu argentinalıya yeni müqavilə təklif edə bilməyib. Doğma komandasını tərk etməsi Messini narahat edib. 

İddialara görə, dünya çempionu o vaxtdan bəri "mavi qranatlar"ın prezidenti Joan Laporta ilə heç bir əlaqə saxlamayıb. Onun Laporta ilə soyuq münasibəti Leonun "Camp Nou"ya gəlməsinə mane ola bilər,