“Yaxşı oyun nümayiş etdirdik, əsasən də ilk yarıda komandamdan göstərdiyi oyuna görə tam razıyam, futbolçularım istəkli idi”. Apasport.az saytının məlumatına görə, bu sözləri bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
Topaz Premyer Liqasının XXX turunda səfərdə AZAL-a məğlub olan “kimyaçılar”ın çalışdırıcısı oyunla bağlı fikirlərini bölüşüb: “Ələ düşən şansları qaçırdıqca, tələskənlik oldu. Buraxdığımız qoldan sonra matçı çevirəcəyimizə açığı, inanmırdım. Belə kuryozdan qoldan sonra rəqib qapısına belə meydançada yol tapmağın çətin olacağını bilirdik. Alınmadı, rəqibi təbrik edirəm”.
- Sizcə, Pərdis Fərcad-Azadın yerdə qaldığı epizodda penalti var idi?
- Yəqin ki, yox idi. İnanmıram ki, həmin epizodda penalti var və referi vermir. Bu haqda heç düşünmək belə istəmirəm. Əsas ələ düşən şanslardan yararlanmaq lazım idi.
- 3 futbolçunu qovduqdan sonra Murad Ağayev daha irəlidə çıxış edir. Sizcə, özünü bu möqvedə yaxşı göstərə bilirmi?
- O, hücumçuların arxasında oynamır. Bu gün başqa sistemlə meydana çıxdıq. Əsas tapşırığımız Aleksandr Çertoqanovun tək qalması, digər iki futbolçunun isə rəqibi sıxması idi. Bəlkə də kənardan elə görünür amma Murad Ağayevi hücumçuların arxasında oynatmaq fikrimiz yox idi.
- Son dəqiqədə Amil Yunanov yaxın məsafədən çərçivəyə düşə bilmədi. Düşünmək olarmı ki, məhz buna görə son matçlarda Yunanova yox Pərdisə daha çox şans verirsiniz?
- Demək olar.