“Qəbələ”nin müdafiəçisi Arif Daşdəmirovun apasport.az saytına müsahibəsi
- Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində Bakıda “Krasnodar”a böyük hesabla uduzduz. Olduqca zəif təsir bağışlamağınız nə ilə bağlı oldu?
- Deməzdim ki, zəif təsir bağışladıq. Belə baxanda, normal oynadıq. Hamımız başa düşürdük ki, “Krasnodar” güclü komandadı. Rusiya Premyer Liqasında da yaxşı çıxış edirlər. Futboldu, sona qədər oynadıq, ancaq məğlubiyyətdən qaça bilmədik.
- “Qəbələ”nin qrup mərhələsindəki çıxışını ümumilikdə necə qiymətləndirirsiz?
- Məncə, yaxşı çıxış etdik. “Qəbələ” ilk dəfə idi ki, Avroliqanın qrup mərhələsində çıxış edirdi. Bu mənada, çıxışımız barədə ancaq yaxşı danışmaq olar. Artıq gələcəyi düşünməliyik. Komanda bütün diqqətini yenidən qrup mərhələsində oynamağa yönəltməlidi. Özümüzü yenidən göstərməli və Azərbaycan futbolunun reytinqini qaldırmalıyıq. Bunu bacarsaq, gələn mövsüm qarşımıza qrupdan çıxıb, növbəti mərhələyə yüksəlmək tapşırığı da qoya bilərik. Üzərimizdə işləyəcəyik və daha güclü komanda olacağıq.
- Avroliqanın cari mövsümündə ən güclü və zəif oyununuzu hansı komandaya qarşı keçirmisiz?
- “Krasnodar”la səfər görüşündə yaxşı təsir bağışlamışdıq. PAOK-la hər iki oyunda pis oynamadıq. Həm Bakıda, həm də Salonikidə qol vurub, qələbə qazana bilərdik. Amma alınmadı. “Borussiya” ilə Bakıdakı görüşdə, xüsusilə, ilk hissədə çoxlu qol imkanlarımız olmuşdu. Əgər həmin epizodları dəyərləndirsəydik, qalib gəlmək də olardı. Qrup mərhələsində ilk dəfə çıxan komanda üçün bunu normal qarşılamaq lazımdı. Əsas odu ki, daha da inkişaf edək.
- Məlumdu ki, bundan sonra diqqətinizi bütünlüklə Azərbaycan çempionatına yönəldəcəksiz. Necə düşünürsüz, “Qəbələ” yenidən çempionluq mübarizəsinə ortaq ola biləcəkmi?
- Bəli, artıq Avroliqadakı mübarizəni dayandırdıq. Bütün diqqətimizi çempionata yönəldəcəyik. Son vaxtlar sıx qrafikdə çıxış edirdik, 2-3 gündən bir oyun keçirirdik. Qarşıda 3 tur var və hər 3 görüşdə yaxşı nəticə qazanıb, qış fasiləsinə maksimum xalla yollanmalıyıq. Xal ehtiyatımızı nə qədər artırsaq, bir o qədər yaxşıdı.
- Yanvarda yeni transfer olmalıdı, yoxsa “Qəbələ” bu heyətlə də çempionluq mübarizəsi apara bilər?
- Buna baş məşqçi qərar verəcək. Roman Qriqorçuk ixtiyarındakı futbolçulara bələddi və yeni oyunçunun lazım olub-olmadığını anlayır. İnşallah, qış fasiləsindən sonra oyun planında “artıracağıq”. Maksimum forma yığmalı və çempionluq mübarizəsi artırmalıyıq.
Tengiz MƏMMƏDOV
- Belçika – Türkiyə matçının hakimi müəyyənləşdi
- “Barselona” və “Fənərbaxça” öncəsi – Dursun Özbekdən futbolçulara müjdə
- “Real”ın ulduzu dublyorla əvəzlənib? – “Bu, həqiqi Vinisius deyil”
- “Barselona”ya Rafinya şoku – “Qalatasaray”la oyunda iştirakı sual altındadır
- Yamaldan tənqidlərə cavab: “Bir ay əvvəl başqa şey deyirdiniz”