[b]“Bursaspor” prezidenti Prosineçki ilə görüşəcək[/b]
05.06.2017 - 10:02
[b]“Bursaspor” prezidenti Prosineçki ilə görüşəcək[/b]

“Bursaspor” rəhbərliyi Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkidən əl çəkmir. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, “ağ-yaşıllar” komandanı gələn mövsüm xorvatiyalı mütəxəssisin çalışdırmasında maraqlıdı.

 

Son turda qazandığı qələbə sayəsində Superliqada qalan komanda heyətdə də ciddi islahatlar aparacaq. Klub prezidenti Ali Ay iddialı kollektiv qurmaq istədiklərini və komandanın “sükanı arxası”na Prosineçkini gətirmək fikrindən imtina etmədiklərini bildirib.

 

Klub rəhbəri yaxın günlərdə şəxsən özü yığmamızın çalışdırıcısı ilə görüşəcəyini vurğulayıb. Ay konkret olaraq, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya qarşılaşmasından sonra xorvatiyalı ilə görüşüb, danışacağını deyib. Lakin görüşün harda baş tutacağı barədə məlumat verilməyib.