[b]“Bursaspor”un baş məşqçisi Dəniz Yılmaz haqda: Məni sevindirdi[/b]
04.09.2017 - 15:21
[b]“Bursaspor”un baş məşqçisi Dəniz Yılmaz haqda: Məni sevindirdi[/b]

"Həm böyük hesabla qalib gəlməyimiz, həm də futbolçularımın meydandakı mübarizəsi məni razı saldı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Bursaspor” klubunun baş məşqçisi Pol Le Quen deyib.

 

Fransalı çalışdırıcı “Sakaryaspor”la yoxlama matçından (4:1) sonra Türkiyə mətbuatına açıqlama verib.

 

Le Quen söhbət əsnasında Azərbaycan millisinin üzvü Dəniz Yılmaz haqda da danışıb: “Bu oyunda iştirak mövsümün əvvəlində bizimlə olmayan və hələ də ritmə düşməyən Kembo Ekoko, Dəniz Yılmaz və Dzon Delarge üçün yaxşı fürsət oldu. Adını çəkdiyim futbolçuların oyunu, komandaya uyğunlaşmaları məni sevindirdi. Matçda şans verdiyim bütün oyunçular əllərindən gələni etməyə çalışdılar. Artıq diqqətimizi "Akhisar"la çempionat matçına yönəltməliyik".

 

Qeyd edək ki, Dəniz Yılmaz ötən, Pol Le Quen isə bu ildən “Bursaspor”a xidmət edir.

0