[b]“Çelsi” – “Mançester Yunayted” oyununun vaxtı açıqlandı[/b]
23.02.2017 - 01:17
[b]“Çelsi” – “Mançester Yunayted” oyununun vaxtı açıqlandı[/b]

İngiltərə FA kubokunda 1/4 final oyunlarının keçirilmə vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, sadəcə 1 oyundan ibarət olan mərhələnin matçları 3 gün ərzində baş tutacaq.

 

Yarımfinala çıxmaq uğrunda yarışan cütlərdən biri də “Mançester Yunayted” – “Çelsi” qarşılaşmasıdır. Xüsusilə, bu görüş böyük maraqla gözlənilir.

 

Qeyd edək ki, İngiltərə Futbol Federasiyasının qərarına əsasən bu mərhələnin görüşlərində əlavə vaxta ehtiyac olarsa, komandalara 4-cü oyunçu dəyişikliyini etməyə icazə veriləcək.

 

İngiltərə FA Kuboku

1/4 final

 

11 mart
“Midlsbro” - “”Haddersfild”/“Mançester Siti”

21:30. “Arsenal” - “Linkoln Siti”

12 mart
18:00. “Tottenhem” - “Milluoll”
 

13 mart
23:45. “Çelsi” - “Mançester Yunayted”