“Çelsi”nin hücumçusu Dieqo Kosta karyerasını başqa klubda davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, London təmsilçisi ulduz futbolçunu transferə çıxarıb.
“Zadəganlar”ın ilk məşqlərinə qatılmayan İspaniya millisinin üzvünə rəhbərlik özünə yeni klub tapmaq üçün icazə verib. “Beşiktaş”ın da gündəmində olan forvard keçmiş komandası “Atletiko”ya qayıtmağa daha yaxındı. Çünki mardirlilər onun keçidi üçün qarşı tərəflə danışıqlara başlayıb.
“Atletiko”nun transfer qadağası olduğundan, futbolçunun yanvara qədər icarə əsasında başqa bir klubda oynaması və yeni ildən “Atletiko”ya qoşulması gözlənilir.
Qeyd edək ki, Dieqo Kosta “Çelsi”yə 2014-cü ildə məhz “Atletiko”dan keçib.