[b]“Çelsi” İspaniya millisinin hücumçusunu alır[/b]
30.12.2016 - 12:01
[b]“Çelsi” İspaniya millisinin hücumçusunu alır[/b]

“Suonsi”nin hücumçusu Fernando Llorente klubunu dəyişə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı forvard “Çelsi”nin formasını geyinməyə çox yaxındı.

 

“Zadəganlar” qış transfer dönəmində 31 yaşlı oyunçunu heyətə cəlb etmək fikrindədilər. Buna səbəb Mişi Batşuayinin əsas hücumçu Dieqo Kostaya layiqli əvəzləyici ola bilməməsidi. Londonluların baş məşqçisi Antonio Konte İspaniya millisinin üzvü ilə “Yuventus”da birgə çalışdığından, keçmiş tələbəsinin komandaya xeyir verəcəyini düşünür.

 

Qeyd edək ki, Fernando Llorente bu mövsüm Premyer Liqada keçirdiyi 15 matçda 6 qol vurub, 1 məhsuldar ötürmə verib. Mişi Batşuayi isə “Çelsi”nin heyətində meydana çıxdığı 11 qarşılaşmada 1 qol, 1 assistlə yadda qalıb.