[b]“Çelsi”dən İskoya təklif[/b]
05.04.2017 - 18:43
[b]“Çelsi”dən İskoya təklif[/b]

Madrid “Real”ının futbolçusu İsko karyerasını İngiltərədə davam etdirə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə “Çelsi” yaxından maraqlanır.

 

“Zadəganlar” İspaniya yığmasının üzvünü yayda heyətinə qatmaqda israrlıdı. London klubu İsko ilə danışıqlara artıq start verib. Onlar təcrübəli xavbekə illik 10 milyon avro məvacib verməyə hazır olduqlarını bildiriblər. Bu isə İskonun “Real”da aldığı maaşdan artıq məbləğdi.

 

“Kral klubu” da öz növbəsində, yarımmüdafiəçiyə yeni 6 illik müqavilə təklif edib. İsko gələcək karyerası ilə bağlı yekun qərarını hələ verməyib.

 

Qeyd edək ki, İskonun “Real”la hazırkı anlaşmasının müddəti 2018-ci ilin yayına kimi nəzərdə tutulub.