“Çelsi”nin müdafiəçisi Branislav İvanoviç karyerasını yenidən Rusiyada davam etdirəcək. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, serbiyalı futbolçu transfer dönəminin son günündə “Zenit”lə anlaşıb.
2008-ci ildə Moskva “Lokomotiv”indən “Çelsi”yə keçən 33 yaşlı oyunçu Sankt-Peterburq təmsilçisinə havayı başa gəlib. Belə ki, londonlular onu təzminat haqqı tələb etmədən buraxmağa razılıq veriblər. İvanoviç gün ərzində yeni klubu ilə 2,5+1 illik müqaviləyə qol çəkəcək. Onun Rusiyada illik qazancı 3 milyon avro təşkil edəcək. Ulduz futbolçu hazırda İspaniyada təlim-məşq toplanışında olan "Zenit"in düşərgəsinə qoşulmaq üçün adıçəkilən ölkəyə yollanıb.
Qeyd edək ki, Branislav İvanoviç “Çelsi”nin heyətində keçirdiyi 376 matçda 34 qola imza atıb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı