[b]“Çin futbolu bütün dünya üçün çox təhlükəlidir”[/b]
16.12.2016 - 20:43
[b]“Çin futbolu bütün dünya üçün çox təhlükəlidir”[/b]

“Çelsi”nin baş məşqçisi Antonio Konte braziliyalı yarımmüdafiəçi Oskarın Çinə mümkün transferi haqqında danışıb. Apasport.az saytının məlumatına görə, “The Telegraph” nəşrinə açıqlama verən italiyalı mütəxəssis belə təkilflərin anormal olduğunu deyib.

 

“Çin futbol sənayesi çox təhlükəlidir. Təkcə “Çelsi” üçün deyil, bütün dünya klubları üçün belədir. Ancaq mən düşünürəm ki, biz öz işimizə diqqət göstərməliyik və Çində çoxlu pul var, onlar futbolçuları aparacaqlar deyə düşünməməliyik” – deyə Konte bildirib.

 

O, İngiltərə Premyer Liqasının səviyyəli çempionat olduğunu da qeyd edib: “İPL möhtəşəm turnirdi. Hər bir futbolçu üçün burda çıxış etmək şərəf olmalıdı. Ona görə də, mən narahat deyiləm”.