“Qəbələ” çempionatın ən yaxşı komandalarından biridi. Onlarla oyunun çətin keçəcəyini əvvəlcədən bilirdik və buna uyğun da hazırlaşmışdıq”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Kəpəz”in yeni futbolçusu Namiq Ələsgərov deyib.
Gəncə klubunun saytına danışan futbolçu Topaz Premyer Liqasının XIX turunda keçirilən “Kəpəz” – “Qəbələ” oyunu (3:0) haqda fikirlərini bölüşüb: “Matça yaxşı hazırlaşmışdıq və bu da nəticədə özünü əks etdirdi. Komandamız meydanda yaxşı mübarizə apardı. Çox istəkli idik və şükürlər olsun ki, zəhmətimiz yerdə qalmadı. Qələbə qazana bildik”.
“Kəpəz”in mövsümün sonuna qədər “Qarabağ”dan icarəyə götürdüyü Ələsgərov yeni komandasına uyğunlaşdığını bildirib: “Komandaya gəldiyim az müddətdi. Yevlaxda təlim-məşq toplanışında iştirak etdim və tezliklə kollektivə uyğunlaşa bildim. Oyunda futbolçularla anlaşmada problem yaranmadı. Heyətdəki uşaqların bəzisi ilə istər klub, istərsə də yığma komandalar səviyyəsində əvvəllər bir yerdə oynamışıq. Bir-birimizi yaxşı tanıyırıq. Buna görə də, oyunda onları başa düşməkdə çətinlik çəkmədim. Debüt matçında qol vurmağı çox istəyirdim. Yaranan vəziyyətdən istifadə edə bildiyim üçün sevinirəm. Gələcək oyunlarda da fərqlənməyə çalışacam”.
Namiq “Qəbələ” ilə matçda “Kəpəz”ə dəstək verən yerli azarkeşlər haqda da danışıb: “Məncə, qazandığımız qələbədə azarkeşlərin rolu, xidməti danılmazdı. Çoxdan idi ki, bu qədər tamaşaçının qarşısında oynamırdım. Fanatlar, həqiqətən də, möhtəşəm idilər. Ümid edirəm ki, hər oyun belə olacaq və biz də onları qələbələrlə sevindirməyə çalışacağıq”.
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”
- Leao Ronaldonun “7” nömrəsindən danışdı: “O, uşaqlıq kumirimdir”
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"