Dortmund “Borussiya”sının hücumçusu Pyer-Emerik Obameyanq “Real”la bağlı arzusuna son qoyub. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, qabonlu forvard artıq “kral klubu”nda çıxış etmək fikrində olmadığını bildirib.
Uşaqlıqdan “Real”ın formasını geyinmək istəyində olan Obameyanq madridlilərdən incidiyini gizlətməyib: “Artıq “Real”da oynamağı arzulamıram. Bu haqda daha danışmaq istəmirəm. Çünki mən onlara lazım olmadım. İndi gələcəyə baxmalıyam, çünki “Borussiya”da da hər şey məni qane edir. Klubumla müqaviləmdə yer alan bəndə görə, “Real”a keçəcəyim təqdirdə, mənə güzəşt ediləcək. Bu, baş vermədiyi üçün çox məyus oldum. Amma indi qaldığım üçün xoşbəxtəm. Yayda “Milan”dan təklif almışdım. Onların layihələri diqqətimi çəkmişdi. Lakin bəzi səbəblərdən danışıqlar uğurla nəticələnmədi”.
Qeyd edək ki, Pyer-Emerik Obameyanq 2013-cü ildən “Borussiya”nın formasını geyinir.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”