[b]“Daha çətin qrupa düşə bilərdik”[/b]
26.08.2016 - 20:24
[b]“Daha çətin qrupa düşə bilərdik”[/b]

Bu gün Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb. Apasport.az saytı xəbər verir ki, püşkün nəticəsinə əsasən, "Qarabağ" qitənin ikinci dərəcəli klub turnirində "Fiorentina", "Slovan" və PAOK-la birgə J qrupunda mübarizə aparacaq.

 

PAOK-un baş məşqçisi Vladimir İviç klubun saytına püşkatmanın nəticələrini dəyərləndirib.

 

Serbiyalı mütəxəssis nəticənin onlar üçün qənaətbəxş olduğunu deyib: "Avropa Liqasının qrup mərhələsində bütün komandalar güclüdü. Digər qruplara baxdıqda, bizimkindən də çətin qrupların olduğunu görərik. Yer aldığımız qrupdan razıyam. Bütün oyunlarımıza qələbə üçün çıxacağıq".

 

Qeyd edək ki, "Qarabağ" və PAOK oktyabrın 20-də Salonikidə, noyabrın 3-də isə Bakıda üz-üzə gələcəklər.