Gənclər Liqasında “Qəbələ”nin rəqibi olan Moskva “Dinamo”su avrokubok yarışı üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Rusiya çempionunu yarışda “Dinamo-2” komandası təmsil edəcək.
Bu komandanın 55 yaşlı baş məşqçisi Sergey Çikişevun sərəncamında 35 futbolçu olacaq: İvan Zirikov (1998), Pyotr Kosarevski (1999), Maksim Afanasyev (2000), Nikita Kaluqin (1998), Aleksandr İvankov (2000), İlya Kalaçev (2000), Roman Yevgenyev (1999), Aleksandr Zaxarov (1999), Boqdan Zorin (2000), Nikita Klimov (1997), Semyon Matviyçuk (1998), Artyom Qorbulin (1999), Svyatoslav Ses (2000), Maksim Nenaxov (1998), İlya Panin (1999), Sergey Slepov (1999), Osman İsayev (1999), David Bidlovski (1999), İlya Qomanyuk (2000), Vladimir Moskviçev (2000), Pavel Lelyuxin (1998), Roman Denisov (1999), Mixail Moqulkin (1997), Denis Sedıx (1998), Viktor Demyanov (1999), Eduard Şolox (1998), Stanislav Latseviç (1999), Georgi Çelidze (2000), Vladislav Qrulev (1999), Danil Çurikov (1999), Anton Terexov (1998), Nikolay Obolski (1997), Kirill Burıkin (1998), Semen Belyakov (1999), Danil Lipovoy (1999).
Əsasnaməyə uyğun olaraq, yarışda 1998-ci il yanvarın 1-dən sonra anadan olan futbolçular çıxış edəcək ki, hər komanda 1 yaş böyük olan 3 oyunçuya da güvənə bilər. “Dinamo”da bu güzəştdən yararlanıb.
Qeyd edək ki, “Qəbələ” və “Dinamo” arasında ilk oyun sentyabrın 28-də, cavab matçı oktyabrın 19-da keçiriləcək.