Qadın voleybolçular arasında Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan matçlardan sonra “Dördlər finalı”nın iştirakçıları bəlli olub.
Belə ki, ilk matçda 3:1 hesabı ilə qələbə qazanan “Vakıfbank” (Türkiyə) “Volero”nu (İsveçrə) yenə eynihesabla məğlub edib – 3:1 (22:25, 25:21, 25:16, 25:22).
Moskva “Dinamo”su da birinci görüşdəki uğurunu təkrarlayıb. Rusiya təmsilçisi İtaliya “Modena”sına set vermədən qalib gəlib – 3:0 (25:20, 25:19, 25:21).
Beləliklə, “Dördlər finalı”nın bütün iştirakçılarının adına aydınlıq gəlib. Aprelin 22-23-də Terevizoda baş tutacaq həlledici mərhələdə “Dinamo” “Gonegliano” (İtaliya) ilə, “Vakıfbank” “Əczaçıbaşı” (Türkiyə) ilə üz-üzə gələcək.
Qeyd edək ki, Çempionlar Liqasının qrupunda Azərbaycanı “Azərreyl”lə “Telekom” təmsil etsə də, onlar yarışla vaxtından əvvəl vidalaşıblar.