“Tottenhem”in hücumçusu Harri Keyn maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xəbər verir ki, “The Mirror” nəşrinə danışan 23 yaşlı forvard özünü tərifləyib.
Belə ki, Keyn hazırda dünyanın ən güclü forvardlarından biri olduğunu qeyd edib: “Məşğul olduğum iş çox xoşuma gəlir. Qollarımın davamını gətirmək istəyirəm. Hazırda əla formadayam. Statistikama fikir versək, dünyanın ən yaxşı hücumçularından biri olduğumu deyə bilərik”.
Qeyd edək ki, “Tottenhem”in yetirməsi olan Harri Keyn Premyer Liqanın cari mövsümündə 17 qola imza ataraq, Romelu Lukaku və Aleksis Sançeslə birlikdə bombardirlər cədvəlinə başçılıq edir.