[b]“El-klasiko”da yenilik[/b]
03.11.2017 - 00:02
[b]“El-klasiko”da yenilik[/b]

Bu mövsüm “El-klasiko”da yenilik olacaq. Apasport.az saytının məlumatına görə, dünyanın ən maraqlı derbilərindən biri hesab olunan qarşılaşma günorta saatlarında start götürəcək.

 

Belə ki, “Barselona” ilə “Real” arasında avqust ayında ABŞ-dakı oyundan sonra bu mösümün ilk rəsmi matçı Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

Oyun dekabrın 23-də keçiriləcək.

 

Bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı xəbər yayıb.