[b]“Əmrə müntəzir olmadığımız üçün bizi VİP-lojadan uzaqlaşdırdılar”[/b]
28.11.2016 - 14:43
[b]“Əmrə müntəzir olmadığımız üçün bizi VİP-lojadan uzaqlaşdırdılar”[/b]

“Gəncədə yaşanan olayla bağlı mətbuatda yazılanlarda müəyyən yanlışlıq var. Qeyd olunub ki, guya “Neftçi” nümayəndələri Gəncədə yerli azarkeşlərlə mübahisə edib”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov deyib.

 

Topaz Premyer Liqasının XIII turunda “Kəpəz”lə səfərdə keçirilən qarşılaşmada baş verən qalmaqala münasibət bildirən klub rəsmisi buna görə, gəncəliləri qınayıb.

 

O bildirib ki, yerli azarkeşlər onlardan “Kəpəz”i alqışlamağı tələb edib: “İctimaiyyəti çaşdırmaq lazım deyil. Hər kəs baş verənləri gördü. Nə qədər gülünc olsa da, “ev sahibləri” bizdən “Kəpəz” klubuna əl çalmağı tələb etdi. Əmrə müntəzir olmadığımız üçün bizi VİP-lojadan uzaqlaşdırdılar. Hər hansı problem yaratmadan “ən böyük başqan bizim başqan” şüarının sədaları altında oranı tərk edib azarkeşlərimiz olan sektora getdik. Təhlükəsizliyin əsas gətirilməsi isə gülüncdü. Özü də uçulmaq üçün himə bənd Gəncə stadionunda. Bu gün əl çalmaq tələb edirlər, sabah “Meksika dalğası”, vuvuzela havası sifariş verəcəklər”.

 

Qeyd edək ki, bu, qarşılaşmadan 0:2 hesablı məğlubiyyətlə ayrılan “Neftçi” 9 xalla turnir cədvəlinin VII pilləsində qərarlaşıb.