[b]“Əsl oyunumuzu indi göstəririk” – Joaozinyo[/b]
30.10.2015 - 12:31
[b]“Əsl oyunumuzu indi göstəririk” – Joaozinyo[/b]

“Son oyunlarda hücum xəttimizdə hər şey alınır. Bu bizi sevindirən məqamlardandı”. Apasport.az saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Krasnodar”ın futbolçusu Joaozinyo deyib.

 

Avropa Liqasında “Qəbələ”nin rəqiblərindən olan “Krasnodar” hazırda qrupda ikinci pillədə qərarlaşıb. Rusiya Premyer Liqasında isə komanda 8-ci pillədə yer alıb.

 

Braziliyalı yarımmüdafiəçi komandasının hazırkı durumu ilə bağlı da danışıb: “Anji” ilə kubok görüşündə qol vurdum. Qarşıda bizi çempionat və Avrokubok görüşü gözləyir. Avroliqada da fərqlənmək istəyirəm. Növbəti mərhələyə yüksəlməliyik. Bizim komanda əsl oyununu indi göstərir. Bu mövsüm tam istədiyimiz kimi çıxış edə bilmirdik. İndi isə əvvəlki kimi, pressinq tətbiq etməyi bacarırıq. Bu da öz xeyrini gətirir. Məhz pressinqin, bu cür oyunun hesabına Avropa Liqasında qrupda 2-ci yerdəyik”.

 

Qeyd edək ki, “Qəbələ”yə öz meydanında 2:1 hesabı ilə qalib gələn “Krasnodar” “qırmızı-qaralar”la ikinci görüşünü dekabrın 10-da Bakıda keçirəcək. 

0