[b]“Everton” Kumanla razılığa gəldi[/b]
04.06.2016 - 17:39
İngiltərənin “Everton” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı Britaniya mətbuatına istinadən xəbər verir ki, Liverpul təmsilçisi Ronald Kumanla razılığa gəlib.
Roberto Martinesin gedişindən sonra boş qalan baş məşqçi postunu məhz hollandiyalı tutacaq. Ötən mövsümdə “Sauthempton”la Premyer Liqada 6-cı olmuş Kuman “Everton”la yaxın günlərdə 5 illik müqaviləyə qol çəkəcək.
Qeyd edək ki, Kuman “Sauthempton”dan əvvəl “Vitess”, “Ayaks”, “Benfika”, “PSV Eyndhoven”, “Valensiya”, “Alkmar” və “Feyenord” klublarını çalışdırıb.
0
0