[b]“Əvvəl Azərbaycanla oyun, sonra “Palermo” haqda fikirləşəcəm”[/b]
20.05.2016 - 10:02
[b]“Əvvəl Azərbaycanla oyun, sonra “Palermo” haqda fikirləşəcəm”[/b]

“Palermo” ilə anlaşdığım üçün şadam. Ancaq hazırda diqqətimi Makedoniya yığmasının keçirəcəyi oyunlara yönəltmişəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Palermo” klubu ilə anlaşan İliya Nestorovski deyib.

 

Makedoniya yığmasının da formasını geyinən 26 yaşlı hücumçu Xorvatiya mətbuatına müsahibəsində Azərbaycanla mayın 29-da keçirəcəkləri yoldaşlıq görüşünə də toxunub.

 

Nestorovski qeyd edib ki, onu indiki məqamda “Palermo”dan çox millisinin görüşləri düşündürür: “İlk olaraq, Makedoniya yığmasının düşərgəsində məşqlərə başlayacam. Azərbaycan və İranla yoldaşlıq görüşləri keçirəcəyik. Əvvəlcə bu oyunlar, sonra “Palermo” haqda fikirləşəcəm. Azərbaycan və İranla matçlardan sonra yunan adasına istirahətə yollanacam. Yaxşı dincəldikdən sonra “Palermo”nun heyətinə qoşulacam. Orda məni güclü rəqabətin gözlədiyini bilirəm. Amma heç nədən qorxmuram”.

 

Qeyd edək ki, 2015-ci ildən Makedoniya yığmasının formasını geyinən Nestorovski millidə 6 oyun keçirib.

 

 

 

 

0