[b]“Fənərbaxça” baş məşqçisini qovur[/b]
11.08.2016 - 18:03
[b]“Fənərbaxça” baş məşqçisini qovur[/b]

“Fənərbaxça” yeni mövsüm öncəsi baş məşqçisi Vitor Pereyra ilə yollarını ayırmaq qərarına gəlib. Apasport.az saytının “NTV Spor” kanalına istinadən məlumatına görə, klub rəhbərliyi yeni baş məşqçi axtarışına da başlayıb.

 

Çempionlar Liqasının III təsnifat mərhələsində “Monako”ya məğlubiyyətdən sonra portuqaliyalı mütəxəssisin köməkçilərinə qapını göstərən “sarı-lacəvirdlilər”, nəhayət, Pereyranın özünə də “yaxşı yol” deyiblər. Sadəcə, onun müqaviləsi davam etdiyindən, Türkiyə klubu təzminat ödəmədən məsələni həll etməyi planlaşdırır. Pereyranı buna razı saldıqdan sonra istefa xəbəri rəsmən açıqlanacaq.

 

Vaxt itirmədən yeni baş məşqçi axtarışına çıxan İstanbul nəhəngi “Mançester Siti”dən ayrıldıqdan sonra işsiz qalan Manuel Pelleqrini ilə danışıqlara start verib.

 

Qeyd edək ki, Pereyranın istefası xəbəri yazıldıqdan dərhal sonra onunla danışmayan “Fənər”in hollandiyalı hücumçusu Robin van Persi komandaya qoşulub.