[b]“Fənərbaxça” İspaniya millisinin üzvünü transfer etdi[/b]
10.08.2017 - 01:24
[b]“Fənərbaxça” İspaniya millisinin üzvünü transfer etdi[/b]

“Fənərbaxça”nın yeni transferi Roberto Soldado İstanbula gəlib. Apasport.az saytının məlumatına görə, ispaniyalı hücumçu hava limanında  bir qrup azarkeş tərəfindən coşğu ilə qarşılanıb.

 

Türkiyə mətbuatında yer alan xəbərlərdə istanbulluların oyunçu üçün klubu “Vilyareal”a 10 milyon avro ödəyəcəyi bildirilib.


Qeyd edək ki, İspaniya millisinin üzvü bu gün tibbi müayinədən keçdikdən sonra “Fənər”lə müqavilə imzalayacaq.