[b]“Fənərbaxça” yeni qapıçı alır?[/b]
04.04.2017 - 09:32
[b]“Fənərbaxça” yeni qapıçı alır?[/b]

“Arsenal”ın qapıçısı David Ospina yayda klubunu dəyişə bilər. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, kolumbiyalı qolkiperlə “Fənərbaxça” yaxından maraqlanır.

 

“Topçular”ın qarşı tərəfin təklifinə müsbət baxdığı bildirilir. “Arsenal” rəhbərliyi Ospinanı satmağa hazırdı. Keçidin baş tutması üçün türklər 6 milyon funt-sterlinq xərcləməlidi.

 

Qeyd edək ki, 28 yaşlı çərçivə qoruyucusu 2014-cü ildən “Arsenal”da çıxış edir. O, 2007-ci ildən şərəfini qoruduğu Kolumbiya yığmasında 77 oyun keçirib.