“Fənərbaxça” iki futbolçunun transferini reallaşdırmağa çox yaxındı. Apasport.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, “sarı-lacivərtlilər” braziliyalı yarımmüdafiəçi Andersonu razı sala biliblər.
Məlumatda həm futbolçunun özü, həm də “İnternasional” klubu ilə anlaşıldığı göstərilib. Belə olacağı təqdirdə, “Mançester Yunayted”in sabiq üzvü karyerasını yenidən Avropada davam etdirəcək. 2007-ci ildən Braziliya yığmasına da çağırılan xavbek millidə 8 oyun keçirib.
“Fənərbaxça”nın israrla heyətinə qatmaq istədiyi digər futbolçu isə Mehmet Ekicidi. “10 nömrə” problemini Türkiyə yığmasının üzvü ilə həll etməyi düşünən İstanbul təmsilçisi futbolçunun özü ilə razılaşıb. Amma transferin baş tutması üçün “Trabzonspor” rəhbərliyini də razı salmaq lazımdı. Qarşı tərəfə 2 milyon avroluq təklif irəli sürülüb.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı