[b]“Fənərbaxça”dan ayrılır, İtaliyada oynayacaq[/b]
04.06.2016 - 16:55
[b]“Fənərbaxça”dan ayrılır, İtaliyada oynayacaq[/b]

“Fənərbaxça”nın portuqaliyalı müdafiəçisi Bruno Alveş komandasını dəyişməyə çox yaxındı. Apasport.az saytı “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, 35 yaşlı futbolçu karyerasını İtaliyada davam etdirmək istəyir.

 

“Sarı-lacivərtlilər” Alveşə yeni müqavilə təklif etsələr də, o, bununla razılaşmayıb. Təcrübəli müdafiəçi A seriyasında oynamaq arzusunda olduğunu dilə gətirib.

 

Alveşin yüksək liqaya qayıdan “Kalyari” ilə danışıq apardığı və tezliklə bu klubla müqavilə imzalayacağı bildirilir. Portuqaliya yığmasının üzvünün xidmətində “Porto” da maraqlıdı.

 

Qeyd edək ki, Alveş “Fənərbaxça”ya 2013-cü ildə “Zenit”dən transfer olunub.