[b]“Fiorentina” – “Qarabağ”: Maksim Medvedev və Karlos Salsedo [/b]
27.09.2016 - 16:27
[b]“Fiorentina” – “Qarabağ”: Maksim Medvedev və Karlos Salsedo [/b]

Avropa Liqasının qrup mərhələsinin II turunda keçiriləcək “Fiorentina” - “Qarabağ” qarşılaşması iki futbolçu üçün maraqlı hadisə ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, hər komandanın bir üzvü ad gününü məsul oyunda qeyd edəcək.

 

Azərbaycan çempionunun heyətində Maksim Medvedev sentyabrın 29-da qazanılacaq istənilən xalı ad günü hədiyyəsi kimi qəbul edə bilər. 27 yaşını tamamlayacaq müdafiəçi kimi Karlos Salsedo da əlamətdar tarixdə meydanda ola bilər. Daha gənc olan meksikalı müdafiəçi 23 yaşını qeyd edəcək. Bu, onun Avropada keçirdiyi ilk ad günü olacaq.