[b]“Fiorentina” Bakıya tək gəlmir[/b]
01.12.2016 - 12:23
[b]“Fiorentina” Bakıya tək gəlmir[/b]

Növbəti həftə Avropa Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ”ın qonağı olacaq “Fiorentina” rəsmiləri azarkeşlərə müraciət edib. Apasport.az saytı İtaliya mətbuatına istinadən xəbər verir ki, Bakıda baş tutacaq qarşılaşmanı izləmək istəyən Florensiya təmsilçisinin fanatlarına bilet bronlaşdırmaq imkanı yaradılıb.

 

Dünəndən etibarən “Fiorentina” azarkeşləri klubun ofisinə yollanaraq, növbəyə durublar. Onlar dekabrın 6-dək bilet bronlaşdıra biləcəklər.

 

İtaliya mətbuatı “Qarabağ”ın hələ də sektor bölgüsü etmədiyini və biletlərin qiymətini açıqlamadığını da yazıb.

 

Qeyd edək ki, “Qarabağ” – “Fiorentina” matçı dekabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.