[b]“Fiorentina” Bernardeskinin əvəzləyicisini tapdı[/b]
10.08.2017 - 00:34
[b]“Fiorentina” Bernardeskinin əvəzləyicisini tapdı[/b]

Federiko Bernardeskini 40 milyon avroya "Yuventus"a satan “Fiorentina” onun yerinə yeni oyunçu transfer edib. Apasport.az saytının məlumatına görə, Florensiya klubu “Torino”nun yarımmüdafiəçisi Marko Benassini transfer edib.

 

22 yaşlı yarımmüdfiəçi "bənövşəyilər"lə 5 illik müqavilə imzalayıb.

 

İtaliyanın U-21 millisinin kapitanı olan futbolçunun tranferi "Fiorentina"ya 10 milyon avroya başa gəlib.

 

Qeyd edək ki, Benassi "Torino"da 98 oyun keçirib və 12 qol vurub.