[b]“Fiorentina” fəth olunsa...[/b]
07.12.2016 - 18:41
[b]“Fiorentina” fəth olunsa...[/b]

Avropa Liqasının qrup mərhələsinin VI turunun “Qarabağ”la “Fiorentina” arasında qarşılaşması Azərbaycan futbolu tarixinə yubiley qələbəsi ilə düşə bilər. Apasport.az saytının məlumatına görə, Ağdam klubu dekabrın 8-də Bakıda keçiriləcək görüşdə 3 xal qazansa, təmsilçilərimiz Avropa Liqası tarixində 30-cu ev qələbəsini bayram edəcək.

 

Belə ki, 1994-cü ildə debüt etdiyimiz, 2009-cu ilədək UEFA kuboku adlanan yarışda indiyədək 29 qələbə qazanmışıq. 96 matç keçirən klublarımızın hesabında eyni sayda heç-heçə və 38 məğlubiyyəti var.

 

Təmsilçilərimiz ikinci dərəcəli klub turnirindəki ev görüşlərində 77 qol vurub, 104-nü buraxıb. Əldə olunan 29 qələbəni 7 komandamız qazanıb. “Qarabağ” 12, “Qəbələ” 7 dəfə azarkeşlərini sevindiribsə, “Neftçi”nin 4, “İnter”in 3 uğuru var. “Xəzər Lənkəran”, “Bakı” və “Karvan” isə hərəyə 1 dəfə qalib gəlib.