[b]“Fiorentina”da Souza gedir, o gəlir[/b]
04.01.2017 - 13:38
[b]“Fiorentina”da Souza gedir, o gəlir[/b]

İtaliya millisinin sabiq baş məşqçisi Çezare Prandelli karyerasını bərpa etməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 59 yaşlı mütəxəssis yenidən vətənində çalışacaq.

 

Son klubu “Valensiya” olan və “yarasalar”ı çətin vəziyyətdən çıxara bilmədiyi üçün istefaya göndərilən Prandellinin adı “Fiorentina” ilə birgə hallanır. Florensiya təmsilçisinin A seriyasında uğursuz çıxış etməsi baş məşqçi Paulo Souzanın postunu laxladıb. Klub rəhbərliyi tezliklə portuqaliyalı ilə yollarını ayırıb, Çezare Prandellini baş məşqçi postuna gətirməyi planlaşdırır.

 

Qeyd edək ki, “Fiorentina” A seriyasında 18 turdan sonra 9-cu pillədə qərarlaşıb.