[b]“Fiorentina”nın futbolçusu: Qrupda birinci olmalıyıq[/b]
06.12.2016 - 10:31
[b]“Fiorentina”nın futbolçusu: Qrupda birinci olmalıyıq[/b]

“Bizi çox vacib oyun gözləyir. “Qarabağ”la qarşılaşma bizim üçün çox önəmlidi”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliyanın “Fiorentina” klubunun futbolçusu Federiko Bernardeski deyib.

 

Avropa Liqasının qrup mərhələsinin son turu haqda fikirlərini açıqlayan 22 yaşlı cinah yarımmüdafiəçisi Bakıda “Qarabağ”la keçiriləcək matçda qələbə iddiasında olduğunu bildirib: “Bu matç qrupda 1-ci yerin taleyinə aydınlıq gətirməlidi. Biz turnir cədvəlinin ən yüksək pilləsini tutmaq istəyirik. PAOK-a 90+3-cü dəqiqədə buraxılan qolla aldığımız məğlubiyyətin təsadüf olduğunu təsdiqləyəcəyik. Azərbaycana qələbə qazanmağa gedirik. Çünki biz qrupda 1-ci olmalıyıq”.

 

Qeyd edək ki, “Qarabağ” – “Fiorentina” oyunu dekabrın 8-də keçiriləcək.