[b]“Fiorentina”nın futbolçusu final arzusunda[/b]
07.12.2016 - 13:21
[b]“Fiorentina”nın futbolçusu final arzusunda[/b]

“Mövsümün əvvəlində gözlənilmədən ciddi zədə aldım. Amma indi hər şey qaydasındadı”. Apasport.az saytının məlumatına görə, bunu “Fiorentina”nın yarımmüdafiəçisi Matias Vesino deyib.

 

Florensiya təmsilçisi Avropa Liqasının qrup mərhələsi çərçivəsində son matçını sabah “Qarabağ”a qarşı keçirəcək. Vesino yerli mətbuata açıqlamasında Bakıya 1 xal dalınca gələcəklərini bildirib: “Komandamızın ən böyük özəlliyi məşqçi və futbolçu heyətinin dostluğu, yoldaşlığıdı. Hamı bir-birinə hörmət edir və komandanın ad-sanına, hədəfinə uyğun davranır. İştirak etdiyimiz hər turnirdə çalışaraq, öyrənərək irəliləyirik. Avropa Liqası ilə bağlı xəyalım finalda oynamaqdı. İlk olaraq isə qrup səddini aşmalıyıq. Bunun üçün Azərbaycanda “Qarabağ”dan 1 xal almağımız kifayətdi”.

 

Uruqvaylı futbolçu Avroliqanın qalibi olmağı arzuladığını da gizlətməyib: “Fiorentina”nı titullarla tərk etmək istəyirəm. Məsələn, bu mövsüm Avropa Liqasını qazanmaq əla olar. İngiltərə Premyer Liqasında oynamaq da sonrakı arzumdu. Bilmirəm burda nə qədər qalacam, 30, yoxsa 35 yaşıma, bəlkə də, mövsümün sonuna qədər. Amma “Fiorentina”dan ayrıldıqdan sonra İngiltərəyə yollanacam”.

 

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Fiorentina” oyunu saat 20:00-da başlayacaq.