“Fiorentina”nın Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyunu İtaliya klubunun hücumçusu Kuma Babakar üçün xüsusi önəm kəsb edir. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, seneqallı forvard dekabrın 8-də Bakıda baş tutacaq görüşü səbirsizliklə gözləyir.
Dünən İtaliya A seriyasının XV turunda “Palermo” üzərində minimalhesablı (2:1) qələbə qazanan florensiyalılar bu günü bərpa olunaraq keçiblər. Lakin həmkarlarımız Babakarın məşqdən sonra qalıb xüsusi hazırlaşdığını yazıblar. Bu da son vaxtlar 23 yaşlı oyunçunun əsas heyətə düşməkdə çətinlik çəkməsi ilə əlaqələndirilir.
Ölkə çempionatında 4 oyundan sonra meydana çıxan və qələbə qoluna imza atan Babakar “Qarabağ”la qarşılaşmada da start heyətində yer almaq əzmindədi. İtalyanlar bu mövsüm A seriyasında 2, Avroliqanın qrupunda isə 4 qola imza atan gənc oyunçunun “Qarabağ”la qarşılaşmada da qol sayını artırmaq istədiyini vurğulayıblar.
Qeyd edək ki, Kuma Babakar “Fiorentina”nın İtaliyada “Qarabağ”ı 5:1 hesabı ilə məğlub etdiyi oyunda dubl etmişdi.
- Mourinyo Çempionlar Liqasında tarixə düşdü
- Bruno Kerrikin taktikasını tənqid etdi, Karragerdən sərt cavab gəldi: “Biabırçılıqdır!”
- TFF Sergen Yalçının köməkçisinə veto qoydu – SƏBƏB
- Skaloni Argentina millisi ilə bağlı qərarını verdi – 2030-cu ilə qədər
- Batrakov İkardi və Jardelin rekordunu təkrarladı