[b]“Hakimə yaxınlaşıb dedim ki…” – Riçard Almeyda[/b]
28.09.2017 - 00:01
[b]“Hakimə yaxınlaşıb dedim ki…” – Riçard Almeyda[/b]

“Roma” ilə oyunda 90 dəqiqə komandasına kömək edən və yeganə qolun vurulmasında yardımçı olan Riçard Almeyda oyundan sonra apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- 90 dəqiqəni siz necə xarakterizə edərdiniz?

- İlk 20 dəqiqəni nəzərə almasaq, qalan vaxtda komanda yaxşı təsir bağışladı. “Çelsi”yə qarşı keçirdiyimiz oyunla müqayisədə bu dəfə daha yaxşı oynadıq. Hətta hesabı bərabərləşdirmək şansımız da oldu. Əvvəlcə top ayağımın altında qaldı, son dəqiqələrdə isə Dino şansını qaçırdı.

 

- Xüsusilə də ikinci hissədə qurulan hücumların məntiqi sonluqla tamamlanmamasının səbəbi tələskənlik idi?

- Fasilədə baş məşqçi bir qədər sakitləşməyimizi və ikinci hissəni öz oyunumuzla dəyişə biləcəyimizi dedi. Qol epizodlarını da elə ikinci hissədə yaratdıq. Rəqibin güclü müdafiə xəttinə sahib olduğunu da unutmamalıyıq.

 

- Oyundan sonra futbolka dəyişmək oldu?

- Bruno Pereslə futbolkalarımızı dəyişdik. Çünki bu futbolçu ilə Braziliyada vaxtilə birgə çıxış etmişik.

 

- Azərbaycanda ilk dəfə bir futbol qarşılaşmasını bu sayda azarkeş izləyib. Say artımının keyfiyyətə təsiri oldumu?

- Azarkeşlər bizim “12-ci oyunçumuz” idi. Hətta 2 qol buraxdıqdan sonra da azarkeşlərimiz bizi dəstəklədilər. Həmin anda mütləq xarakter göstərməli idik.

 

- Matçı izləyənlər hakimləri tənqid etdilər. Futbolçular necə, əsəb keçirirdilərmi?

- Hakimlər Portuqaliyadan olduqlarından, yaxınlaşıb bildirdim ki, siz imkan vermirsiz biz oynayaq, rəqibin xeyrinə daha çox fit çalırsınız. Sizə demirik ki, bizə kömək edin. İmkan verin normal oynayaq.

 

- Çempionlar Liqasında “Qarabağ” ilk qolunu vurdu. Bu, gələcək oyunlar üçün özünəinamı artıracaqmı?

- Qol vurmaq vacib deyil. Əsas olan xarakter nümayiş etdirməkdi. Çünki xarakter nümayiş etdirdiyin zaman, qol vuracaqsan.

0