[b]“Hamı bilir ki, “Milan”da qalmaq istəyirəm”[/b]
12.06.2017 - 19:36
[b]“Hamı bilir ki, “Milan”da qalmaq istəyirəm”[/b]

Canluici Donnarumma gələcək karyerası ilə bağlı suallara aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, gənc qapıçı “Milan”da qalacağını açıqlayıb.

 

Yerli mətbuata danışan “çərçivə qoruyucusu” haqqında çıxan söhbətlərin əsassız olduğunu bildirib: “Hamı bilir ki, mən “Milan”da qalmaq istəyirəm. Bu şəhəri, bu komandanı, bu rəngləri sevirəm. Milanda ailəmlə birlikdə yaşamaq üçün ev axtarıram”.

 

İtaliya mediasında yer alan xəbərlərdə Donnarumanın meneceri Mino Rayolanın onu bir sıra böyük klublara təklif etdiyi yazılmışdı. 18 yaşlı qapıçı isə bu iddiaları təkzib edib: “Mino ilə biz uğurla əməkdaşlıq edirik. İşbirliyimiz də davam edəcək”.

 

Qeyd edək ki, İtaliya mətbuatında agentin bəzi hərəkətləri klub rəhbərliyini qıcıqlandırdığı üçün onlar qapıçıdan ya meneceri, ya da klubu seçməyi tələb etdiyi haqqında iddiaları səsləndirilmişdi.